Cəlilabadda 61 yaşlı kişi intihar etdi

Cəlilabadda 61 yaşlı kişi intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

RegionNews.az xəbər verir ki, hadisə rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1960-ci il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.