Cəlilabad Təhsil Şöbəsinin qalmaqallı müdiri - işdən azad edildi...

Cəlilabad Təhsil Şöbəsinin qalmaqallı müdiri -

Düz-dünya düzəldi, amma Cəlilabad Təhsil Şöbəsi düzəlmədi. 

Rüşvət, korrupsiya, özbaşınalıq rayon təhsilini iflic vəziyyətə salıb. 

RegionNews.az xəbər verir ki, Cəlilabad Təhsil Şöbəsinin qalmaqallı müdiri Qərənfil Əhmədova da vəzifəsindən uzaqlaşdırılıb. 

Qeyd edək ki, Qərənfil Əhmədova Təhsil Şöbəsinin müdiri işləyəndən mətbuatda onun haqqında kifayət qədər şikayət yazıları dərc olunub.Mayın 5-də isə Cəlilabad sakini Qabil Ələsgərov  mətbuata açıqlamasında Qərənfil Əhmədovanın həyat yoldaşı tərəfindən hədələndiyini bildirmişdi. Q.Ələsgərovun müraciəti isə mediada gündəm olmuşdu. 

Görünür Qərənfil Əhmədovanı bitirən səbəb daha çox bu oldu. 

Cəlilabad Təhsil Şöbəsi keçmiş icra başçıları Əziz Əzizov və Namiq Zeynalovun dövründə bir sözlə, məhv edilib. (infom.az)