Cəlilabad sakini avtomobillə həmkəndlisini vurub ÖLDÜRDÜ

Cəlilabad sakini avtomobillə həmkəndlisini vurub ÖLDÜRDÜ

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RegionNews.az-a verilən məlumata görə, mayın 12-də saat 01 radələrində Cəlilabad şəhəri ərazisində Uzuntəpə kənd sakini V.Yusubov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həsən Əlilini vurub.

H.Əlili hadisə yerində ölüb.