Bu məhsullar da bahalaşacaq - Rusiyaya görə...

Bu məhsullar da bahalaşacaq -

Rusiyada bu ilin birinci rübündə ağac kəsimi 2,4 faiz azalaraq 68,9 milyon kub metr olub.
“RegionNews.az” sfera.az-a istinadən xəbər verir ki, azalmaya səbəb 2022-ci ildən Rusiyadan xam ağacın və faner üçün ağac xammalının ixracına qadağanın tətbiq edilməsidir.

Ən çox azalma 34 faizlə Leninqrad vilayətində qeydə alınıb. İrkutskda isə azalma 11,5 faiz təşkil edib.

Qeyd edək ki, Rusiyada istehsalın azalmasında Avropa İttifaqı və digər Qərb ölkələrinin sanksiyalarının da təsiri hiss olunur. Yalnız Avropa Rusiyadan 6 milyard avro dəyərində meşə məhsullarının tədarükünü əngəlləyib. Ümumilikdə "qeyri-dost" siyahısındakı ölkələr Rusiya meşə məhsullarının ixrac bazarının 45,8 faizini təşkil edir ki, bunun da dörddə üçü məhz Avropa İttifaqı ölkələrinin bazarıdır.

Sanksiyalar və Rusiya hökumətinin tətbiq etdiyi qadağalar ağac məmulatlarının bahalaşmasına səbəb olur. Azərbaycanda da son bir ildə bu növ məhsulların dəyəri 50 faizə yaxın artıb. Mövcud vəziyyət bazarlarda təklifin azalmasına səbəb olur və bu, qiymətlərin düşməsini çətinləşdirir.