Bu axşam ikinci Qədr gecəsidir

Bu axşam ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

RegionNews.az xəbər verir ki, ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının üçüncü Qədr gecəsi mayın 5-də, sonuncusu isə mayın 9-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Onu da qeyd edək ki, Ramazan ayının ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecə keçirilib.