Bölgələrdə tərəvəz məhsullarının qiyməti kəskin ucuzlaşıb - VİDEO

Bölgələrdə tərəvəz məhsullarının qiyməti kəskin ucuzlaşıb -

Göyçay rayonunda qış aylarında əkilən istixanaların məhsulları - xiyar və pomidor satışa çıxarılıb. 

Baku TV xəbər verir ki, rayonun Ləkçıplaq kəndində 10 gün öncə xiyarın 1 kiloqramı 1,50-2 manat arası dəyişirdisə, indi bu qiymət dəfələrlə dəyərindən də ucuz 3-5 qəpik arasında dəyişir. Qiymətlərin ucuz olmasına səbəb isə həm məhsulun bol olması, həm də alıcı qıtlığıdır.
Fermerlərin sözlərinə görə, məhsulun dəyərindən dəfələrlə ucuz satılması nəinki onun maya dəyərini, hətta əlavə xərclərini belə ödəmir. 

Xiyarla yanaşı, pomidor da dəyərindən dəfələrlə ucuz alınır. 

Fermerlərin sözlərinə görə, bir həftə öncə pomidorun 1 kiloqramı 1-1,50 manat arasında satılırdısa, hazırda 20 qəpiyə belə alan yoxdur. Fermerlərin min bir əzab-əziyyətlə yetişdirdikləri tonlarla məhsul həyətlərində çürüyür. 

Qeyd edək ki, Ləkçıplaq kəndi ilə yanaşı, Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Mırtı, Alıkənd, Hacalıkənd, Qarabaqqal, Cəyirli, Bəydövül və Kürdəmiş kəndlərində eyni vəziyyət mövcuddur.