Biləsuvarda 24 yaşlı qadın intihar edib

Biləsuvarda 24 yaşlı qadın intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

RegionNews.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1997-cı il təvəllüdlü Astanlı Aytac Dilavər qızı yaşadığı evin həyətində olan tövlədə özünü asıb.

Mərhum ailəli olub, bir övladı var.

Faktla bağlı araşdırma aparılır.