Beyləqanda pambıqçılar arasında kütləvi ZƏHƏRLƏNMƏ

Beyləqanda pambıqçılar arasında kütləvi

Beyləqanda pambıq yığımı zamanı 15 nəfər zəhərlənib.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova bildirib ki, vətəndaşlar Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 "Vətəndaşların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar", - TƏBİB rəsmisi qeyd edib.

 Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.