Bayden yenidən namizəd olacaq

Bayden yenidən namizəd olacaq

Co Bayden 2024-cü ildə yenidən ABŞ Prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.
“RegionNews.az” xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Katibi Karin Jan-Pyer sosial şəbəkə hesabında paylaşım edib.
“Aydın olması üçün, Prezidentin də dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - paylaşımda bildirilib.

Qeyd edək ki, ABŞ-ın 46-cı Prezidenti C. Bayden 20 yanvar 2021-ci ildən bu vəzifədədir. (yeniavaz.com)