Bayden təyyarəyə qalxarkən yenə büdrədi – VİDEO

Bayden təyyarəyə qalxarkən yenə büdrədi –

ABŞ prezidenti Co Bayden təyyarəyə qalxarkən yenidən büdrəyib.

Hadisə Amerikanın MSNBC telekanalının efirində yayımlanıb.

İnsident 79 yaşlı Ağ Ev rəhbərinin Amerika qitəsi ölkələrinin zirvə toplantısına yollanması zamanı baş verib.

Bu dəfə də pilləkənin tutacağı onu yıxılmaqdan xilas edib.

Qeyd edək ki, bundan öncə də Bayden bir neçə dəfə təyyarə pilləkənlərində büdrəyib.

(oxu.az)