Bərdədə həkim özü koronavirus xəstəsi olduğu halda pasiyent qəbul edirmiş

Bərdədə həkim özü koronavirus xəstəsi olduğu halda pasiyent qəbul edirmiş

Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. 

Qeyd edilən məlumatla əlaqədar Bərdə rayon prokurorluğunda yoxlama aparılmaqla cinayət işi başlanmışdır. 

Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.