Bələdiyyə sədrindən şikayət edən şəxsin problemi həll edildi - VİDEO

Bələdiyyə sədrindən şikayət edən şəxsin problemi həll edildi -

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət edib.

“RegionNews.az” xəbər verir ki, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.