Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi

Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yunan-roma güləşçilərimiz mübarizəyə uğurlu start veriblər.

RegionNews.az xəbər verir ki, 55 kq-da güləşən dünya və Avropa çempionu Eldəniz Əzizli əvvəlcə Nedyalko Petrovu (Bolqarıstan) 12:4, daha sonra Nuqzar Tsurtsumianı (Gürcüstan) 10:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

63 kq-da yarışan Taleh Məmmədov da yarımfinala çıxıb. 2019-cu ilin Avropa üçüncüsü Nikolay Viçev (Bolqarıstan) 9:6 və Qraçya Poqosyanı (Ermənistan) 3:2 hesabı (son xal qazanan prinsipi) ilə keçib.

Son Avropa çempionu Sənan Süleymanov isə 77 kq-da Valtteri Harri Kristian Latvalaya (Finlandiya) 10:0 qalib gəlib. Onun 1/4 finaldakı rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq. (oxu.az)