Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 490, bu günə qədər isə ümumilikdə 6 940 145 test icra olunub.