Azərbaycanda neçə sahibkar var? - Say açıqlandı

Azərbaycanda neçə sahibkar var? -

“RegionNews.az” rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin iyulun 1-də ölkəmizdə 1 275 753 sahibkar olduğu müəəyənləşdirilib.

Sahibkarların 1 114 700-ü fərdi şəxs, 161 053-ü hüquqi şəxs statusuna sahibdir. 

Fərdi sahibkarların 33,3 faizi kənd təsərrüfatı, 21,2 faizi ticarət, 10,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət sahələrində çalışır. 

Ümumilikdə, fərdi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 78,7 faizi kişi, 21,3 faizi qadındır. 

Hüquqi şəxslərin 92,2 faizi özəl, 6,7 faizi dövlət, 1,1 faizi bələdiyyə müəssisələridir. Müəssisələrin daha çox hissəsini mikro sahibkarlar təşkil edir. 

Hüquqi şəxs statusu daşıyan müəssisələrin 133 844-ü mikro, 6 824-ü kiçik, 2 659-u orta, 601-i iri sahibkarlıq subyektləridir. Sfera.az