Azərbaycanda karantin rejimindəki bəzi məhdudiyyətlər götürüldü

Azərbaycanda karantin rejimindəki bəzi məhdudiyyətlər götürüldü

Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb.

“RegionNews.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan

Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli
73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi
qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər
zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki:
1.1. 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri
göstərən obyektlərin fəaliyyəti bərpa edilir;
1.2. ictimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat
00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət
göstərməsinə icazə verilir;
1.3. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının
(qurumlarının) əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və
ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi
karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin
aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli
Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin
COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir;
1.4. bu Qərarın 1.1-ci bəndində nəzərdə tutulan xidmətlərdən
yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a
qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan
sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan,
yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən
əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr
1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddə 1387,
1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1,
maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403,
№ 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr
868, 882, № 8, maddə 974, № 9, maddə 1079; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli
324 nömrəli Qərarı) 1.1.14-cü yarımbəndindən “və hamam” sözləri
çıxarılsın.
3. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may
tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr
668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957,
971, № 9, maddələr 1051, 1079; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 15 oktyabr tarixli 313 nömrəli Qərarı) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.3-cü bənddə “COVID-19 pasportu (COVID-19-a qarşı
peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı)”
sözləri “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatı” sözləri ilə əvəz edilsin;
3.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. 2022-ci il fevralın 1-dən etibarən bu Qərarın əlavəsində
nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq
immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud
COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əksgöstəriş sertifikatının olması tələb edilir.”;
3.3. 2.5-3.3-cü yarımbənddə “COVID-19-a qarşı tam peyvənd
olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları
barədə təsdiqedici sənədi (bundan sonra – COVID-19 pasportu)”
sözləri “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatı” sözləri ilə əvəz edilsin;
3.4. 2.5-5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.5-5.1. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının
(qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan
müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd
olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları
barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əksgöstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb
edilir.”;
3.5. 2.5-5.2-ci və 2.5-5.3-cü yarımbəndlərdə ismin müvafiq
hallarında “COVID-19 pasportu” sözləri ismin müvafiq hallarında
“COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatı” sözləri ilə əvəz edilsin;
3.6. 2.6-1-ci bənd ləğv edilsin;
3.7. aşağıdakı məzmunda 2.5-8-ci və 2.5-9-cu bəndlər əlavə
edilsin:
“2.5-8. 2021-ci il 13 dekabr tarixindən etibarən hamam
xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir;
2.5-9. bu Qərarın 2.5-8-ci bəndində nəzərdə tutulan xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız
COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əksgöstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə
edə bilərlər.”;
3.8. həmin Qərara əlavə - “İşçilərinin COVID-19-a qarşı
peyvənd olunması və ya immunitet sertifikatının tələb edildiyi iş və
xidmət sahələrinin Siyahısı” üzrə:
3.8.1. adı aşağıdakı redaksiyada verilsin:
“İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə
əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının
tələb edildiyi iş və xidmət sahələrinin Siyahısı”;
3.8.2. 7.23-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.24-cü bənd əlavə
edilsin:
“7.24. hamam xidmətləri.”.