Azərbaycanda daha 2015 nəfər koronavirusa yoluxdu - FOTO

Azərbaycanda daha 2015 nəfər koronavirusa yoluxdu -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2015 yeni yoluxma faktı qeydə alınıb, 2178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 563 940 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib, aktiv xəstə sayı 30 600 nəfərdir.

Ölkədə son sutka ərzində 13 035, hazırkı dövrədək isə 5380 154 test aparılıb.