Azərbaycan qanunlarından Qarabağla bağlı bu ifadə ÇIXARILIR

Azərbaycan qanunlarından Qarabağla bağlı bu ifadə ÇIXARILIR

"Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var". 
“RegionNews.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat qanunlardan "Dağlıq Qarabağ" ifadəsinin çıxarılmasını təklif edib: 
"Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir".

Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: “Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”. (bizim.media)