AXCP üzvünə 10 il həbs cəzası verildi

AXCP üzvünə 10 il həbs cəzası verildi

Bu gün AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) fəalı Aqil Hümbətovla bağlı məhkəmə prosesi yekunlaşıb.

“RegionNews.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi məhkəmə prosesində vəkil Nemət Kərimlinin müdafiə çıxışından sonra A.Hümbətov son söz deyib.

Qısa müşavirədən sonra hakim kökmü elan edib.

Bildirilib ki, prokurorun istədiyi 10 il azadlıqdan məhrumetmə cəzası hökmdə təsdiqini tapıb.

Onu da deyək ki, Aqil Hümbətov avqustun 11-də Bakının Zirə qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirib. Bu səbəbdən polis tərəfindən saxlanılıb. (unikal.org)