Avropa Məhkəməsi məşhur vəkilin həbsxana rəhbərliyindən şikayətini araşdırır - TƏFƏRRÜAT

Avropa Məhkəməsi məşhur vəkilin həbsxana rəhbərliyindən şikayətini araşdırır -

“Avropa İnsan Məhkəməsi mənim şikayətim əsasında kommunikasiya başlayıb. 2018-ci ilin avqust ayında Qobustan həbsxanasında məhkumun Avropa məhkəməsinə yazdığı izahatı həbsxana əməkdaşları əlimdən aldığına görə həbsxanaya qarşı Bakı İnzibati Məhkəməsinə iddia vermişdim. Lakin məhkəmə iddianı mümkün saymadı və yuxarı məhkəmələr də həmin qərarı qüvvədə saxladılar”.

“RegionNews.az” xəbər verir ki, bunu Gununsesi.info-ya tanınmış vəkiı Fariz Namazlı deyib.

Onun sözlərinə görə, Avropa İnsan Məhkəməsi Konvensiyanın 6.1 (işə mahiyyəti üzrə baxılması), 8 (şəxsi həyata hörmət hüququ) və 13 (səmərəli müdafiə hüququ) maddələrinin pozuntusunun olub-olmamasına dair Hökumətə suallar göndərib:

“Bu şikayət mənim öz adımdan Avropa məhkəməsinə göndərdiyim 2-ci şikayətdir. İlk şikayət məlumat almaq azadlığı ilə bağlı olub və həmin iş üzrə kommunikasiya bitib”.