Avropa çempionatı: Daha bir güləşçimiz ermənini məğlub etdi

Avropa çempionatı:

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

RegionNews.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.

Süleymanov medal uğrunda ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb. (report)