Astaranın Şiyəkəran kəndinin keçilməz yolları - VİDEO

Astaranın Şiyəkəran kəndinin keçilməz yolları -

Astaranın Şiyəkəran kənd sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayət edirlər.

Sözügedən yollardan birinin üzərində olan körpünün qəzalı vəziyyətdə olması isə hər an faciəyə səbəb ola bilər. Sakinlər deyir ki, qışın gəlməsi ilə mövcud vəziyyət daha da pisləşir. Kənddən axan Pensərçayın üzərində salınan körpü sonuncu dəfə 28 il əvvəl əsaslı təmir edilib, dayaqlarını səkkiz il bundan öncə sel suları yuyub aparıb. Kənddə başqa iki piyada körpüsü olsa da, məhz sözügedən qəzalı körpü nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulub. Sakinlərin sözlərinə görə, mövcud problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara üz tutsalar da, məsələyə əncam çəkən tapılmayıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: