Ana 1 yaşlı övladını su kanalına atıb öldürdü - Biləsuvarda dəhşət

Ana 1 yaşlı övladını su kanalına atıb öldürdü -

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

“RegionNews.az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)