Ağdaşda tarixi abidənin acınacaqlı durumu - Nazirlikdən AÇIQLAMA + FOTO

Ağdaşda tarixi abidənin acınacaqlı durumu -

Ağdaş rayonunda yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Qarabəy karvansarası bərbad vəziyyətdədir.

Bu barədə fotolar sosial şəbəkədə yayılıb. 

Bildirilib ki, qəzalı vəziyyətə olan tarixi abidənin təmir-bərpa olunmasına ehtiyac var. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tarixi abidə bərpa olunması üçün investisiya siyahısına salınıb:

“Ağdaş rayonunda yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Qarabəy karvansarasının hazırkı vəziyyəti ilə bağlı məlumatlıyıq. Tarixi tikili uzun illər yaşayış evi kimi istifadə olunub. Hazırda qəzalı vəziyyətə olan tarixi abidənin təmir-bərpa olunmasına ehtiyacı var.

Tarixi abidə bərpa olunması üçün investisiya siyahısına salınıb”.