Ağdaşda kərpic zavodu özəlləşdirildi – QİYMƏT

Ağdaşda kərpic zavodu özəlləşdirildi –

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş hərracda 24 dövlət əmlakı özəlləşdirilib. 

“RegionNews.az” Nazirliyə istinadən bildirir ki, özəlləşdirilən əmlaklardan biri kiçik dövlət müəssisəsidir.

Hərraca çıxarılan Ağdaş rayonu, Nemətabad kəndində yerləşən kərpic istehsal edən sahə üçün ilkin qiymət olaraq 37500 manat qoyulub.

İstehsal müəssisəsi həmin qiymətə də satılıb. Bu dövlət əmlakı üzrə 7-si elektron olmaqla 101 sifariş verilib. Bundan başqa hərracda dövlət əmlakı olan 23 nəqliyyat vasitəsi satılıb.