Ağdamın işğaldan azad olunmuş ərazilərinə keçmək istəyənlər saxlanılıb

 Ağdamın işğaldan azad olunmuş ərazilərinə keçmək istəyənlər saxlanılıb

Onlar işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər

 Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanılıb.

 Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan RegionNews.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən doqquz nəfər saxlanılıb.

 Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.