Ağcabədidə kişi su arxında çarəsiz qaldı - VİDEO

Ağcabədidə kişi su arxında çarəsiz qaldı -

Ağcabədidə bir nəfər su arxına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əməliyyat görüntülərini təqdim edirik: