Ağcabədi şəhərinin Baş planı təsdiq edildi - QƏRAR

Ağcabədi şəhərinin Baş planı təsdiq edildi - QƏRAR

Ağcabədi şəhərinin Baş planı təsdiq edilib.

“RegionNews.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ağcabədi şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.
Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunmuşdur. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.