ABŞ açıqladı: "Rusiya o silahı istehsal edə bildi" – "Bütün peykləri..."

ABŞ açıqladı: "Rusiya o silahı istehsal edə bildi" –

ABŞ Kosmik Qüvvələrinin komandanı, Hərbi Hava Qüvvələrinin generalı Con Raymond Rusiyanın hazırladığı ən müasir silahdan danışıb.

RegionNews.az xəbər verir ki, ABŞ-lı general Con Raymond “Washington Post”a verdiyi müsahibəsi zamanı Rusiya və Çinin Yer Kürəsinin ətrafında dövr edən Amerika peyklərini sıradan çıxara və məhv edə biləcək silah hazırladığını deyib:

“Aydındır ki, kosmik sahə də döyüş sahəsidir. Əsas təhdidimiz olan Çin və Rusiya o silahı hazırlaya bildi. Artıq bütün peyklərimizi məhv edə bilərlər. Məqsədimiz kosmosda başlayan və ya ora qədər gedib çıxa biləcək  bir münaqişəyə qarışmaq deyil. Məqsədimiz bunun qarşısını almaqdır və bunun üçün də fikrimcə, rəqibləri və düşmənləri çəkindirmə metodlarını dəyişdirərək güclü mövqedən hərəkət etmək lazımdır”. 

ABŞ generalı bildirib ki, təcili olaraq bəhs edilən silahın istehsalı və çoxaldılması dayandırılmalıdır.   /Yeniavaz.com/