14 ildir buğda istehsalına subsidiya verilir: nəticə hanı?

14 ildir buğda istehsalına subsidiya verilir:

Təəssüf ki, qarşıda qiymətlərin yenidən artacağı gözlənilir.

Bu sözləri Axar.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ölkəmizdə unun qiymətinin bahalaşması barədə danışarkən deyib.

“6 aya yaxındır un məhsullarının qiymətində davamlı artım müşahidə edirik. Əvvəllər 30-40 qəpiyə satılan zavod çörəyi indi 50-60 qəpiyədir. Bəzi növ çörəklərdə isə hazırda 30-50%-dən çox artım var”, - ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda nə qədər 1, 2, 3, 4 və 5-ci sinif buğda istehsal olunduğu qeyri-müəyyəndir:

“Bu səbəbdən buğdanın nə qədərinin ərzaq üçün yararlı olduğu da bilinmir. Ərzaqlıq buğda 3-cü sinif buğdadır. Ölkəmizdə 2 milyon 200 min tondan artıq ərzaq buğdası istehsal olunmalıdır. Azərbaycanda daxili istehsal hesabına buğdaya olan tələbatı ödəmək üçün potensial var. Əsas məsələ bu sahədə peşəkarların olmamasıdır. Suvarma ilə bağlı problemlər də var. Bölgü ədalətli aparılmır. İtkiyə yol verilir. Səhərdən axşama qədər oliqarx məmurların sahəsinə su gedir. Bu da ciddi problemlər yaradır”.

V.Məhərrəmli qeyd edib ki, 2007-ci ildən bəri ən çox subsidiya buğda istehsalına verilib:

“Bu halda Azərbaycan niyə əmtəəlik buğda istehsal edə bilməsin?”