“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi

“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

“RegionNews.az” xəbər verir ki, dəyişiklik Prezident və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən şəxslərlə bağlıdır. 

Həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.