Əli Həsənovun oğlunu məhkəməyə verdilər

Əli Həsənovun oğlunu məhkəməyə verdilər

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.

RegionNews.az xəbər verir ki, məhkəmə baxışı bu gün – 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.

Məhkəmə iddiasının müqavilə tələbini ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilənın “Kaspi Global” MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Global” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb. /İndex.az