“Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?” - Bayden

“Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?” -

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı vəziyyətlə bağlı çıxış edib.

“RegionNews.az” xəbər verir ki, Baydenin sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarmaq qərarı düzgün verilib:

"Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm. Mən qəti olaraq verdiyim qərarın arxasında dururam.
Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır".

Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını qətiyyətlə müdafiə edib və bununla bağlı ABŞ-ın ünvanına yönələn tənqidləri rədd edib. (modern.az)